Türkiyə Prezidenti Abdullah Gül Türkiyə Böyük Millət Məclisinin (Parlament) yeni iş ilinin açılışında Qafqazdakı vəziyyətin region ölkələrinin mənafeyinə uyğun olmadığını bildirib. Bu barədə Türkiyənin CNN Türk telekanalı məlumat verib.
"Qafqazdakı vəziyyət region ölkələrinin mənafeyinə uyğun deyil", - deyə Gül bildirib.
Türkiyə Prezidenti onu da qeyd edib ki, Ankaranın regionda stabilliyin bərpa edilməsinə çalışması ölkənin beynəlxalq nüfuzunu artırır.