...

Azərbaycanın maraqlarına zidd addım atmayacağıq – Türkiyənin Baş Naziri

Dünya xəbərləri Materials 10 Oktyabr 2009 10:52 (UTC +04:00)

Türkiyənin Baş Naziri Rəcəp Tayyip Ərdoğan Türkiyə mətbuatına verdiyi açıqlamada ölkəsinin Azərbaycanın maraqlarına heç vaxt zidd addım atmayacağını bildirib. BU haqda Türkiyənin CNN Türk Telekanalı məlumat verib.

" Biz qardaş Azərbaycanın maraqlarına zidd addım atmayacağıq" - deyə Erdoğan bildirib.

Trend -un arayışı: Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Trend -a verdiyi müsahibəsində bildirib ki, Türkiyə ilə Ermənistan arasında avqust ayında İsveçrənin vasitəçiliyi ilə imzalanan protokolun yekun variantı oktyabrın 10-da və ya 11-də Türkiyənin XİN rəhbəri Davudoğlu ilə ermənistanlı həmkarı Nalbandyan arasında imzalanacaq.

Avqust ayında Türkiyə XİN-dən bildirilib ki, Ermənistanla İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqlarda "Diplomatik münasibətlərin qurulması barədə Protokol" və "İkitərəfli münasibətlərin inkişafı üzrə Protokol"a dair "daxili siyasi məsləhətləşmələr"ə başlanması barədə razılaşma əldə olunub. Siyasi məsləhətləşmələrin altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və təsdiqlənməsi üçün hər iki ölkə parlamentinə təqdim ediləcək. Bu barədə Türkiyə XİN-in məlumatında deyilir. "Türkiyə hazırda qonşu Ermənistanla sərhədlərin açılmasını planlaşdırmır", - Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparır.

Türkliyə ilə Ermənistan arasında protokol bu gün oktyabrın 10 da İsveçrənin Surix şəhərində imzalanacaq.

Türkiyənin Baş nazri onu da qeyd edib ki , ölkəsi ilə Azərbaycan arasında heç bior problem yoxdur.

Baş nazirin sözlərinə görə Türkiyə Ermənistan protokolunun imzalanmasında Mins qrupunun həmsdərləri də içtirak edəcək.

" Mən Azərbaycan parlamentində çıxışım zamanı da Azərbaycan xalqına qardaş ölkəyə sıxıntı verəcək bir addım atmayacağımızı bildirmişdim. " - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti