Türkiyə Ermənistan protokolunun imzalanması təxirə salınıb
Türkiyə ilə Ermənistan arasında İsveçrənin Sürix şəhərində protokolun imzalanması təxirə salınıb. Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.
Tekekanalın verdiyi məlumata görə ABŞ Dövlət katibi Hillari Klinton öz qaldığı otelə dönub. Verilən xəbərə görə Ermənistan tərəfi son anda protokolda dəyişiklik etmək istəyib.
ABŞ dövlət departamentinin veridiyi açıqlamaya görə, imzalanma mərasimin təxirə salınmasına baxmayaraq, imzalanma baş tutacaq.