...

"Donuz qripi" İranda 22 nəfərin həyatına son qoyub

Dünya xəbərləri Materials 28 Oktyabr 2009 14:37 (UTC +04:00)
A/H1N1 virusu 22 İran vətəndaşının həyatına son qoyub, ölkədə bu virusa yoluxanların sayı 1638 nəfərə çatıb. Bu haqda İran Səhiyyə Nazirliyi yanında infeksion xəstəliklərə nəzarət mərkəzinin rəhbəri Məhəmməd Mehdi Quya məlumat verib.
"Donuz qripi" İranda 22 nəfərin həyatına son qoyub

A/H1N1 virusu 22 İran vətəndaşının həyatına son qoyub, ölkədə bu virusa yoluxanların sayı 1638 nəfərə çatıb. Bu haqda İran Səhiyyə Nazirliyi yanında infeksion xəstəliklərə nəzarət mərkəzinin rəhbəri Məhəmməd Mehdi Quya məlumat verib, Press TV agentliyi xəbər verib.

"İranda "donuz qripi"ndən ölənlərin sayı 22 nəfərə çatıb", - Quya deyib, İRNA agentliyi xəbər verib.

O əlavə edib ki, zərər çəkmişlər 7-24 yaş arasındadırlar.

Tehran əyalətinin təhsil şöbəsinin direktoru Seyid Əli Yəzdixahın sözlərinə görə, A/H1N1 virusunun şagirdlər arasında yayılmasının qarşısının alınması məqsədilə oktyabrın 26-da üç məktəb bağlanıb.

Əvvəlcə İran hökuməti A/H1N1 virusunun yayılmasının qarşısının alınması məqsədilə müqəddəs Ramazan ayında "Ümrə"ni (kiçik Həcc ziyarəti ) ləğv etdi.

İranda "donuz qripi"nə ilk yoluxma halı iyunun 22-də qeydə alınıb. Virus Tehrana gələn İran əsilli 16 yaşlı amerikalı yeniyetmədə qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti