...

"Cundullah" qruplaşması liderinin qardaşı edam edilib

Dünya xəbərləri Materials 3 Noyabr 2009 20:48 (UTC +04:00)
"Cundullah" qruplaşması liderinin qardaşı Əbdül Həmid Reyqi İranda edam edilib.
"Cundullah" qruplaşması liderinin qardaşı edam edilib

"Cundullah" qruplaşması liderinin qardaşı Əbdül Həmid Reyqi İranda edam edilib. Məlumatı İranın Fars agentliyi yayıb.

"Reyqinin "Cundullah"la əlaqəsi olub və İranın İnqilab Məhkəməsinin qərarı ilə edam edilib", - "Sepah"ın generalı Qallam Əli Nikui bildirib.

"Cundullah" qruplaşması keçən ay Bəluçistanda partlayış törədib. Nəticədə 43 nəfər həlak olub. Ölənlər arasında "Sepah"ın (İslam İnqilabı Keşikçiləri Korpusu) yüksək vəzifəli üzvləri də olub.

Lideri Əbdül Malik Reyqi olan "Cundullah" (Xalq Müqavimət Hərəkatı) qruplaşması İranın cənub-şərqində fəaliyyət göstərir. Qruplaşmanın törətdiyi partlayışlar nəticəsində bir çox hərbçilər və polislər həlak olub.

Xəbər lenti

Xəbər lenti