...

İran Parlamenti rusların Buşehr nüvə stansiyasında gördüyü işləri araşdıracaq

Dünya xəbərləri Materials 18 Noyabr 2009 10:33 (UTC +04:00)
İran Parlamentinin Enerji komissiyasının üzvləri Buşehr nüvə stansiyasının açılış mərasiminin bir neçə dəfə təxirə salınmasını nəzərə alaraq, rusların bu nüvə stansiyasında gördüyü işləri araşdıracaq.
İran Parlamenti rusların Buşehr nüvə stansiyasında gördüyü işləri araşdıracaq

İran Parlamentinin Enerji komissiyasının üzvləri Buşehr nüvə stansiyasının açılış mərasiminin bir neçə dəfə təxirə salınmasını nəzərə alaraq, rusların bu nüvə stansiyasında gördüyü işləri araşdıracaq. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.

Rusiyanın enerji naziri Serqey Şmatko noyabrın 16-da Moskvada jurnalistlərə deyib ki, İranın Buşehr atom stansiyasında ciddi nailiyyətlər əldə olunub, ancaq zavod bu il işə düşməyəcək. İranın cənubundakı Buşehr obyektinin tam fəaliyyətə başlaması bir müddətlik təxirə salınıb. Rusiya və İran mühəndisləri stansiyanı fevral ayında sınaqdan keçirməyə başlamış və hər iki tərəfin rəsmiləri zavodun 2009-cu ildə işə düşəcəyini demişdilər. Buşehr obyektinin İranda istehsal edilən yanacaq əvəzinə Rusiyadan idxal olunan zənginləşdirilmiş uranla işləməsi nəzərdə tutulub.

Məlumata əsasən, İran Parlament nümayəndələri Rusiya tərəfinin bu qərarını tənqid edərək bildiriblər ki, rusların Buşehr nüvə stansiaysındakı fəaliyyətləri araşdırılmalıdır.

Buşehr nüvə stansiyasının tikilməsi üçün İran və Rusiya arasında müqavilə 1995-ci ildə Tehranda imzalanıb. Müqavilənin ümumi dəyəri bir milyard dollardır. Buşehr nüvə stansiyasında işlər 1999-cu il yanvar ayının 8-nə kimi tamamlanmalı idi. Amma 10 il keçməsinə baxmayaraq, bu nüvə stansiyası hələ də fəaliyyətə başlamayıb. Buşehr nüvə stansiyasının tikintisini Rusiyanın "Atom İstroy Eksport" şirkəti aparır.

Xəbər lenti

Xəbər lenti