...

Heç kim İranı nüvə tədqiqatı aparmaq hüququndan məhrum edə bilməz - Rəfsəncani

Dünya xəbərləri Materials 10 Dekabr 2009 18:41 (UTC +04:00)
İranın Məsləhət Şurasının sədri Əliəkbər Haşimi Rəfsəncani Livanın "əl-Minar" telekanalına veridiyi müsahibədə deyib ki, Qərb İranı hədələməklə səhv edir.
Heç kim İranı nüvə tədqiqatı aparmaq hüququndan məhrum edə bilməz - Rəfsəncani

İranın Məsləhət Şurasının sədri Əliəkbər Haşimi Rəfsəncani Livanın "əl-Minar" telekanalına veridiyi müsahibədə deyib ki, Qərb İranı hədələməklə səhv edir. 

"Heç kim bizi sülh nüvə tədqiqatları aparmaq hüququndan məhrum edə bilməz", - o deyib. MEHR agentliyi məlumat verib.

"İranın nüvə proqramına etibar qazandırmaq üçün Qərb ölkələri ilə ciddi danışıqlara davam etmək lazımdır, - Rəfsəncani əlavə edib. - Biz danışıqları davam etdirməyə və bütün dünyaya öz dost münasibətimizi nümayiş etdirməyə hazırıq".

Onun sözlərinə görə, İranın sülh nüvə enerjisinə malik olması strateji vacib məsələdir.

"Biz öz nüvə proqramımıza davam edirik, lakin Qərb ölkələri açıq formada deyiblər ki, onlar İranın nüvə texnologiyasına sahib olmasını istəmirlər, çünki Qərb onun nüvə proqramının hərbi yönümlü olmasına əmindir, buna görə də onlar proqramın inkişafına maneə yaradırlar", - Rəfsəncani deyib.

Rəfsəncani İranın enerji tələbatını təmin etmək üçün nüvə stansiyalarının vacibliyini qeyd edib. O deyib ki, bu səbəblə əlavə nüvə obyektlərinin inşası barədə qərar qəbul edilib.

"Bilirik ki, gələcəkdə neft ehtiyatları tükənəcək və yeni enerji mənbələrinə ehtiyac yaranacaq", - o deyib.

"İran da, Qərb də qarşılarına qoyduqları məqsədə çatmağa cəhd göstərirlər, - o sonda deyib. - Qərb ölkələri sanksiya tətbiq etmək niyyətindədirlər. Lakin onlar bizim öz məqsədimizə çatmağa mane ola bilməzlər".

Xəbər lenti

Xəbər lenti