...

Ukrayna MSK bülletenlərin 98 faizini sayıb: Yanukoviç liderdir

Dünya xəbərləri Materials 8 Fevral 2010 17:39 (UTC +04:00)
Ukraynanın Mərkəzi Seçki Komissiyası məntəqə seçki komissiyalarının protokollarının 98,09 faizini sayıb. Bu barədə Ukrayna MSK-nın mətbuat xidməti məlumat verir. MSK-ya daxil olan məlumata görə, prezident seçkilərinin ikinci turunda Viktor Yanukoviçə 48,53 faiz, Yuliya Timoşenkoya isə 45,88 faiz səs verilib.
Ukrayna MSK bülletenlərin 98 faizini sayıb: Yanukoviç liderdir

Ukraynanın Mərkəzi Seçki Komissiyası məntəqə seçki komissiyalarının protokollarının 98,09 faizini sayıb. Bu barədə Ukrayna MSK-nın mətbuat xidməti məlumat verir. MSK-ya daxil olan məlumata görə, prezident seçkilərinin ikinci turunda Viktor Yanukoviçə 48,53 faiz, Yuliya Timoşenkoya isə 45,88 faiz səs verilib. Bununla da Ukrayna prezidentliyinə namizədlər arasındakı fərq artmaqda davam edir. Son məlumata görə, bu fərq 2,65 faiz təşkil edir. Məlumatı RBK yazır.

4,39 faiz isə heç bir namizədi dəstəkləməyib. 1,19 faiz bülleten etibarsız sayılıb. Son məlumata görə, seçkilərdə fəallıq 69,15 faiz təşkil edib.

Mərkəzi Seçki Komissiyasının üzvü Mixail Oxendovskinin sözlərinə görə, bütün seçki məntəqələri üzrə səslərin hesablanması başa çatıb. O əlavə edib ki, bütün məntəqə seçki komissiyalarının protokollarının hesablanması davam edir. Bu barədə RBK-Ukrayna bildirir.

Oxendovski həmçinin qeyd edib ki, Ukrayna prezidentliyinə namizədlərdən biri süni olaraq Krım və Luqanskda dairə seçki komissiyaları üzrə səslərin hesablanmasını gecikdirir. Onun sözlərinə görə, Ukraynanın bütün ərazisi üzrə məntəqə komissiyalarının protokollarının hesablanması 90 faizdən çox təşkil edir - Krımda 67 faiz, Luqansk vilayətində 82 faiz.

Xatırladaq ki, Ukraynada prezient seçkilərinin birinci turunda "Regionlar"ın lideri 35,32 faiz, Yuliya Timoşenko isə 25,05 faiz səs toplamışdı.

Prezident seçkilərinin ikinci turunun nəticələrinin yekunları on gün ərzində - fevralın 17-dək başa çatdırılmalıdır. Yeni dövlət başçısı səsvermənin nəticələri elan olunduqdan sonra bir ay ərzində öz vəzifəsinin icrasına başlamalıdır.

Xəbər lenti

Xəbər lenti