...

Narkotik maddələr və terrorizm regionun gələcəyini təhdid edən əsas təhlükədir - İran Parlamentinin spikeri

Dünya xəbərləri Materials 17 Fevral 2010 14:54 (UTC +04:00)
İran Parlamentinin spikeri Əli Laricani bu gün Belarus xarici işlər naziri Sergey Martınovla görüşüb. Görüş zamanı iki ölkə arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Bu barədə İLNA xəbər agentliyi məlumat yayıb.
Narkotik maddələr və terrorizm regionun gələcəyini təhdid edən əsas təhlükədir - İran Parlamentinin spikeri

İran Parlamentinin spikeri Əli Laricani bu gün Belarus xarici işlər naziri Sergey Martınovla görüşüb. Görüş zamanı iki ölkə arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Bu barədə İLNA xəbər agentliyi məlumat yayıb.

Laricani narkotik maddələr və terrorizmin regionun gələcəyini təhlükəyə salan iki əhəmiyyətli təhlükə olduğunu deyib. "Böyük güclərin regiondakı hərəkətləri terrorizm və narkotik maddələrin artmasının qarşısını almır, bəlkə onlar öz hərəkətləri ilə bu iki böyük təhlükənin artmasına da şərait yaradırlar", - deyə Laricani deyib.

Laricani əlavə edib ki, regiondakı problemlər region ölkələrinin əməkdaşlığı ilə həll oluna bilər.

Belarus xarici işlər naziri Sergey Martınov ötən gün İrana səfər edib.

Xəbər lenti

Xəbər lenti