...

Geytsin bəyanatları ABŞ-ın regionda "yanlış" məqsədlərini göstərir - İranın müdafiə naziri

Dünya xəbərləri Materials 15 Mart 2010 18:16 (UTC +04:00)
ABŞ-ın müdafiə naziri Robert Geytsin bu yaxınlarda verdiyi bəyanatlar regionda Vaşinqtonun "yanlış" məqsədlərini ifşa edib.
Geytsin bəyanatları ABŞ-ın regionda "yanlış" məqsədlərini göstərir - İranın müdafiə naziri

ABŞ-ın müdafiə naziri Robert Geytsin bu yaxınlarda verdiyi bəyanatlar regionda Vaşinqtonun "yanlış" məqsədlərini ifşa edib. Bunu bazar ertəsi İranın müdafiə naziri, briqada generalı Əhməd Vahidi deyib. Məlumatı IRNA informasiya agentliyi yayıb.

Vahidi bildirib ki, İranın raket təhlükəsi barəsində Geytsin rəyi Vaşinqtonun region dövlətləri arasında ixtilaf salmaq və gərginlik yaratmaq niyyətlərini ifşa edib.

Geyts bu yaxınlarda İrana qarşı siyasətdə dəstək almaq məqsədi ilə Fars körfəzi ölkələrində səfərdə olub.

"ABŞ-ın region dövlətləri arasında ixtilaf salmaq səyləri və Geytsin Tehranın Əfqanıstandakı "Taliban" hərakatının dəstəkləməsi haqqındakı bəyanatları İran və Fars körfəzi ölkələri arasında dostluq əlaqələrinin yaranmasından Vaşinqtonun qorxmasından irəli gəlir", - Vahidi deyib.

O əlavə edib ki, belə siyasət "köhnəlib və ümidverici deyil".

Nazir bildirib edib ki, İranın hərbi gücü regional sülhü və stabilliyi dəstəkləməyə yönəlib.

Xəbər lenti

Xəbər lenti