...

Protokollar yalnız Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra ratifikasiya ediləcək – Türkiyənin hakim partiyası sədrinin köməkçisi

Dünya xəbərləri Materials 17 Mart 2010 15:35 (UTC +04:00)
Yerevan-Ankara münasibətlərinin normallaşması haqqında protokollar imzalanmamışdan əvvəl Dağlıq Qarabağ münaqişəsi həll edilməlidir. Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sədrinin köməkçisi Suat Kınıklıoğlu deyib.
Protokollar yalnız Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra ratifikasiya ediləcək – Türkiyənin hakim partiyası sədrinin köməkçisi

Yerevan-Ankara münasibətlərinin normallaşması haqqında protokollar imzalanmamışdan əvvəl Dağlıq Qarabağ münaqişəsi həll edilməlidir. Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sədrinin köməkçisi Suat Kınıklıoğlu deyib.

"Türklər və azərbaycanlılar kimi ermənilər də regionda sülhün tərəfdarlarıdır, bunun üçün ilk növbədə Dağlıq Qarabağ münaqişəsini həll etmək lazımdır", - Cihan agentliyi Kınıklıoğlundan sitat gətirir. - "Məhz bundan sonra Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini davam etdirmək və protokolları ratifikasiya etmək lazımdır".

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Kınıklıoğlunun sözlərinə görə, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması üçün tarixi imkanları düzgün qiymətləndirməli və istifadə etməlidir.

2009-cu ilin oktyabrında Türkiyə və Ermənistanın XİN rəhbərləri Əhməd Davudoğlu və Edvard Nalbandyan diplomatik münasibətlərin normallaşması haqqında protokollar imzalayıblar.

"Hətta münasibətlərin normallaşması prosesi olmadan belə, Türkiyə öz kursunu davam etdirəcək. Ermənistan isə əgər proses başlamasa daha çox əziyət çəkəcək ki, bu barədə mən Yerevanda rəsmi nümayəndələrlə görüşümdə də bildirmişəm", - Kınıklıoğlu deyib.

Baş nazir Rəcəb Tayyib Ərdoğanın əgər Ermənistan erməni diasporunun maliyyə yardımlarından imtina etməzsə Türkiyədə qeyri-leqal yaşayan 100 min erməni miqrantının ölkədən deportasiyası barədə son xəbərdarlığını şərh edən Kınıklıoğlu deyib ki, Türkiyə Ermənistanın ağır iqtisadi vəziyyətini nəzərə alaraq, bu günə qədər onları deportasiya etməyib.

"Mən ümid edirəm ki, bu nəzərə alınacaq", - Kınıklıoğlu deyib. - "Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması üçün malik olduğu tarixi imkanları qiymətləndirməlidir".

"Rəcəb Tayyib Ərdoğanın bəyanatı rəsmi Ankaranın bir sıra ölkə parlamentlərinin qondarma "erməni soyqırımı" barədə qətnamə qəbul etməsinə cavabdır", - o deyib.

Xəbər lenti

Xəbər lenti