...

İran Parlamentinin sədri suriyalı və uqandalı həmkarları ilə telefon danışığı aparıb

Dünya xəbərləri Materials 17 Mart 2010 16:53 (UTC +04:00)
İran Parlamentinin spikeri Əli Laricani bu gün Suriya və Uqanda parlamentlərinin spikerləri ilə telefon danışığı aparıb. Bu barədə Trend News İranın IRINN telekanalının rəsmi xəbər saytına istinadən məlumat yayıb.
İran Parlamentinin sədri suriyalı və uqandalı həmkarları ilə telefon danışığı aparıb

İran Parlamentinin spikeri Əli Laricani bu gün Suriya və Uqanda parlamentlərinin spikerləri ilə telefon danışığı aparıb. Bu barədə Trend İranın IRINN telekanalının rəsmi xəbər saytına istinadən məlumat yayıb.

Laricani telefon danışığında İsrailin Qüdsdə müsəlmanlara aid tarixi binaları sökməsinə münasibət bildirərək, İslam ölkələrinin "sionist rejimi"nin atdığı bu addımına qarşı bir olmalarını istəyib. O deyib ki, müsəlman ölkələrinin İsrailin atdığı bu addım qarşısında sükut etməsi onları Fələstin torpaqlarında müsəlmanlara aid tarixi binaları daha da çox dağıtmağa ürəkləndirir. "Sionist rejimi"nin bu addımı müsəlmanların ləyaqətini təhqir etməkdir", - Laricani deyib.

Suriya və Uqanda parlamentlərinin spikerləri də öz növbəsində İsrailin bu addımını tənqid edib və İslam ölkələri Parlamentlərarası Assambleyasının fövqəladə iclasının keçirilməsini istəyiblər.

İran, Suriya və Uqanda parlamentlərinin spikerləri beynəlxalq qurumları İsrailin bu addımını tənqid etməyə çağırıblar.

Xəbər lenti

Xəbər lenti