Bu gün səhər İranın Xuzistan əyalətinin Behbahan şəhəri yaxınlığında Rixter cədvəli üzrə 3,6 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat yayıb.
Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 02:17-də baş verdiyini qeyd edib.
Hadisə nəticəsində xəsarət alanlar barədə hələlik məlumat yoxdur.