...

"Condullah"ın bir neçə üzvü həlak olub

Dünya xəbərləri Materials 18 Mart 2010 13:22 (UTC +04:00)
İranın İnqilab Keşikçilər Korpusunun (Sepah) "Qüds" qərargahı Quru Qoşunlarının bölmələri Pakistandan İrana qanunsuz keçməyə cəhd göstərən "Condullah" terrorist quruplaşmasının bir neçə üzvünün qarşısını alıb.
"Condullah"ın bir neçə üzvü həlak olub

İranın İnqilab Keşikçilər Korpusunun (Sepah) "Qüds" qərargahı Quru Qoşunlarının bölmələri Pakistandan İrana qanunsuz keçməyə cəhd göstərən "Condullah" terrorist quruplaşmasının bir neçə üzvünün qarşısını alıb. Atışma zamanı "Condullah" qruplaşmasının üzvlərindən bir neçə nəfər həlak olub. Bu barədə Trend İranın "Jamejamonline" qəzetinə istinadən məlumat yayır.

Məlumatda bildirilir ki, həlak olanlar arasında Pakistanda fəaliyyət göstərən "Condullah" qruplaşmasının tanınmış üzvlərindən biri Bərəkət Zamrani də var.

Məlumatda Zamraninin "Condullah" qruplaşması üzvlərinə yardım göstərərək, "Sepah" komandirinin öldürülməsində rolu olduğu bəyan edilib.

Fevral ayında İranın milli təhlükəsizlik orqanı tərəfindən "Condullah" qrupunun rəhbəri Əbdülmalik Reyginin həbs olunması barədə məlumat daxil olub.

İran hökuməti "Condullah"ı kütləvi qətl törətməkdə, silahlı soyğun, oğurluq, partlayışlar və təxribatlarda ittiham edir.

Reyginin rəhbərlik etdiyi "Condullah" qruplaşması İranın cənub-şərqində fəaliyyət göstərir və İslamın sünni təriqətinə aiddir. Hərəkat partlayışlar təşkil edib ki, bunun nəticəsində də polislər və hərbi qulluqçular həlak olublar.

2009-cu ilin oktyabr ayında İranın cənub-şərqində törədilən və 50 nəfərin həlak olmasına səbəb olan sonuncu irimiqyaslı terror aktını "Condullah" öz üzərinə götürüb.

Xəbər lenti

Xəbər lenti