RF-nin Baş naziri Vladimir Putin ilə Türkiyənin hökumət başçısı Rəcəb Tayyib Ərdoğan arasında çərşənbə axşamı telefon danışığı olub. Həmsöhbətlər energetika sahəsində iri beynəlxalq layihələri müzakirə ediblər. Bu barədə Rusiya hökuməti başçısının mətbuat katibi Dmitri Peskov bildirib. Məlumatı RİA Novosti yayıb.
"Bu gün Türkiyə tərəfinin təşəbbüsü ilə Vladimir Putinlə Türkiyənin Baş naziri arasında telefon danışığı baş tutub, - Peskov deyib. - Hökumət başçıları ticari-iqtisadi münasibətlərin cari vəziyyəti, energetika sahəsində iri beynəlxalq layihələrin həyata keçirilməsi gedişatını müzakirə ediblər".
Mətbuat katibi əlavə edib ki, baş nazirlər, həmçinin, beynəlxalq təşkilatlarda Rusiya və Türkiyənin qarşılıqlı fəaliyyətinin bir sıra məsələlərinə toxunublar.