...

İranın Fars əyalətində zəlzələ baş verib (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 1 Aprel 2010 15:09 (UTC +04:00)

Red: üçüncü abzas əlavə olunub.

Bu gün günorta İranın Fars əyalətinin Eşkənan şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İranın İRNA agentliyinə istinadən məlumat yayıb.

Tehran Universiteti Geofizika İnstitutu yanında seysmoloji mərkəz zəlzələnin yerli vaxtla saat 12:01-də baş verdiyini qeyd edib.

İranın İRİNN xəbər kanalının rəsmi saytının məlumata əsasən, Eşkənan şəhəri yaxınlığında birinci zəlzələdən 6 dəqiqə sonra - Rixter cədvəli üzrə 4,2 bal gücündə ikinci zəlzələ də baş verib.

Zəlzələ nəticəsində ölən, yaralanan və dağıntılar haqda hələ ki heç bir məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti