...

Somali sahillərində piratlar İranın neftdaşıyan gəmisini oğurlamağa cəhd edib

Dünya xəbərləri Materials 6 Aprel 2010 14:19 (UTC +04:00)
Ədən körfəzi və Somali sahillərində İran gəmilərinin təhlükəsizliyini təmin etmək məqsədilə göndərilmiş İranın Hərbi Dəniz Qüvvələrinin gəmisi Somali sahillərində "İran Fəraz" adlı neftdaşıyan gəmiyə piratların hücumunun qarşısını alıb. Bu barədə Trend İranın İLNA xəbər agentliyinə istinadən məlumat yayıb.
Somali sahillərində piratlar İranın neftdaşıyan gəmisini oğurlamağa cəhd edib

Ədən körfəzi Somali sahillərində İran gəmilərinin təhlükəsizliyini təmin etmək məqsədilə göndərilmiş İranın Hərbi Dəniz Qüvvələrinin gəmisi Somali sahillərində "İran Fəraz" adlı neftdaşıyan gəmiyə piratların hücumunun qarşısını alıb. Bu barədə Trend İranın İLNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, İranın Fəraz gəmisi Buşəhr limanında Türkiyənin İzmir limanına tərəf hərəkət edərkən, Somali piratlarının hücumuna məruz qalıb və İranın Hərbi Dəniz Qüvvələrinin müdaxiləsi ilə piratların gəmini oğurlamaq cəhdləri baş tutmayıb. Hazırda gəmi Türkiyəyə tərəf hərəkət edir.

Xəbər lenti

Xəbər lenti