...

İran Prezidentinin birinci müavini sabah Suriyaya səfər edəcək

Dünya xəbərləri Materials 28 Aprel 2010 16:47 (UTC +04:00)

İran prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi sabah Suriyaya səfər edəcək. Bu barədə İRİNN xəbər kanalının rəsmi saytı məlumat yayıb.

Rəhimi İran və Suriya müştərək iqtisadi əməkdaşlıq komissiyasının iclasında iştirak edəcək.

Rəhiminin ikigünlük səfər zamanı Suriya Prezidenti Bəşər Əsədlə də görüşəcəyi bildirilir.

Səfər zamanı Rəhimi Həmasın siyasi ofisinin rəhbəri, Fələstin İslami Cihad Hərəkatının katibləri və Fələstinin Azadlığı üçün Xalq Cəbhəsinin rəhbərləri ilə görüşəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti