...

Hülusi Kılıc Türkiyə-Azərbaycan münasibətlərinin inkişafındakı xidmətlərinə görə "Qızıl Buta" mükafatına layiq görülüb

Dünya xəbərləri Materials 15 May 2010 14:49 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına verdiyi töhfəyə görə Azərbaycanın "Qızıl Buta" mükafatına layiq görülüb.
Hülusi Kılıc Türkiyə-Azərbaycan münasibətlərinin inkişafındakı xidmətlərinə görə "Qızıl Buta" mükafatına layiq görülüb

Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına verdiyi töhfəyə görə Azərbaycanın "Qızıl Buta" mükafatına layiq görülüb. Bu barədə TRT-nin Rusiya xidməti məlumat verib.

Respublikada "Qızıl Buta" mükafatına respublikada müasir təhsil müəssisələrinin yaradılmasındakı xidmətlərinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva layiq görülüb. Bununla yanaşı, respublikanın gömrük sisteminin təkmilləşdirilməsi və onun dünya standartlarına uyğunlaşdırılması sahəsindəki xidmətlərinə görə Aydın Əliyev, Azərbaycanın beynəlxalq əlaqələrinin qurulmasındakı müstəsna xidmətlərinə görə Cahangir Əsgərov, Azərbaycanda iqtisadi islahatların aparılmasındakı xidmətlərinə görə Rüfət Aslanlı, Azərbaycan elminin təbliği və inkişafındakı xidmətlərinə görə Əhməd Vəliyev bu mükafatın laureatları olublar.

Xəbər lenti

Xəbər lenti