...

Türkiyədə kənd təsərrüfatı aviasiyası təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub

Dünya xəbərləri Materials 21 May 2010 17:07 (UTC +04:00)
Türkiyənin Aralıq dənizi rayonunda kənd təsərrüfatı aviasiyasına məxsus təyyarənin qəzaya uğraması nəticəsində pilot da daxil olmaqla iki nəfər həlak olub.
Türkiyədə kənd təsərrüfatı aviasiyası təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub

Türkiyənin Aralıq dənizi rayonunda kənd təsərrüfatı aviasiyasına məxsus təyyarənin qəzaya uğraması nəticəsində pilot da daxil olmaqla iki nəfər həlak olub. Bu barədə CNN Turk telekanalı məlumat verib.

Mersin valisinin məlumatına görə, təyyarə günorta saatlarında Adana şəhərinin aeroportundan havaya qalxıb və bir müddət sonra naməlum səbəblərdən Avadan kəndi yaxınlığında yerə düşüb. Təyyarənin göyərtəsində olan Hakan Göytürk və Kadır Erkan həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti