...

İranda transgenli erkək keçi yetişdirilib

Dünya xəbərləri Materials 22 May 2010 13:56 (UTC +04:00)
İranda, İsfahan Universitetinin "Royan" Tədqiqat Mərkəzində iki transgenli erkək keçi yetişdirilib. Onların orqanizmlərində TRA geni var. Bu haqda İRİNN İran telekanalının rəsmi saytı məlumat verir.
İranda transgenli erkək keçi yetişdirilib

İranda, İsfahan Universitetinin "Royan" Tədqiqat Mərkəzində iki transgenli erkək keçi yetişdirilib. Onların orqanizmlərində TRA geni var. Bu haqda İRİNN İran telekanalının rəsmi saytı məlumat verir.

Heyvanlardan biri doğulandan bir həftə sonra ölüb. Bunu tədqiqat mərkəzinin rəhbəri Həmid Qurabi deyib.

TRA - plazminogenin rekombinant toxuma aktivatorudur.Trombolitik maddədir.Tromb yaranması ilə müşayiət olunan xəstəliklərin (miokard infarktı, işemik insult) müalicəsində istifadə olunur.

Xəbər lenti

Xəbər lenti