...

Partiyalar dövlətin idarəçiliyinə mane olmamalıdırlar - İran Prezidenti

Dünya xəbərləri Materials 27 May 2010 13:31 (UTC +04:00)

İran hökuməti ölkənin bütün rup və partiyalarına hörmətlə yanaşır, lakin eyni zamanda, onların dövlətin daxili idarəçiliyinə mane olmaq və kimlərəsə təzyiq göstərmək hüquqları yoxdur, - bu barədə İran Prezidenti Mahmud Əhmədinejad Kirman əyalətinin rəhbərliyi ilə görüşü zamanı deyib. Məlumatı İLNA informasiya agentliyi yayıb.

Prezident müxtəlif qruplar və partiyaların əyalət rəhbərliklərini aşağısəviyyəli idarəçilikdə günahlandırmaqla onlara göstərdikləri təzyiqləri, həmçinin, rüşvətxorluq, yerlipərəstliyi kəskin şəkildə ittiham edərək bildirib ki, yerli hakimiyyət nümayəndələri xalqın mənafeyi üçün çalışmalıdırlar.

Xəbər lenti

Xəbər lenti