...

İranda 2 ton narkotik maddə müsadirə olunub

Dünya xəbərləri Materials 1 İyun 2010 13:57 (UTC +04:00)
İranın Sistan və Bəluçustan əyalətində 2 tona yaxın narkotik maddə, iki ədəd odlu silah, döyüş sursatı və onun komponentləri müsadirə olunub. Bunu İranın Sistan və Bəluçustan əyalətinin Mircavə şəhəri üzrə sərhəd komandiri Həsən Şücayi deyib. Bu barədə Trend İran polisinin rəsmi xəbər saytına istinadən məlumat verir.
İranda 2 ton narkotik maddə müsadirə olunub

İranın Sistan və Bəluçustan əyalətində 2 tona yaxın narkotik maddə, iki ədəd odlu silah, döyüş sursatı və onun komponentləri müsadirə olunub. Bunu İranın Sistan və Bəluçustan əyalətinin Mircavə şəhəri üzrə sərhəd komandiri Həsən Şücayi deyib. Bu barədə Trend İran polisinin rəsmi xəbər saytına istinadən məlumat verir.

Şücayinin sözlərinə görə, qaçaqçılardan 1 308 kiloqram narkotik maddə tiryək və 610 kiloqram həşiş müsadirə olunub.

O, qaçaqçıların sərhədi keçərək, qonşu ölkəyə qaçdığını deyib və əlavə edib ki, hazırda qaçaqçıların həbs olunması üçün tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti