...

Sionist rejimin sinirləri pozulub və nə etdiyini bilmir - İran Prezidenti

Dünya xəbərləri Materials 4 İyun 2010 14:09 (UTC +04:00)
Sionist rejimin bu gün törətdiyi cinayətlər onun zəifliyi və dəliliyi üzündən baş verir.
Sionist rejimin sinirləri pozulub və nə etdiyini bilmir - İran Prezidenti

"Sionist rejimin bu gün törətdiyi cinayətlər onun zəifliyi və dəliliyi üzündən baş verir. Onlarda sinir pozuntusu yaranıb və nə etdiklərini bilmirlər", - deyə İran Prezidenti Mahmud Əhmədinejad bu gün İslam İnqilabının banisi Ruhullah Musəvi Xomeyninin vəfatının 21-ci ildönümü münasibətilə Tehranda keçirilən tədbirdə çıxışı zamanı deyib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Əhmədinejad əlavə edib ki, bu gün dünyanın müxtəlif ölkələrində İsrailin "Azadlıq karvanı"na hücumuna qarşı etiraz dalgası baş qaldırıb. "Allahın köməyi ilə elə bu dalğa yaxın zamanlarda sionist ideyasını yer üzündən siləcək və minlərlə azadlıq karvanı Qəzzaya göndəriləcək", - deyə Əhmədinejad söyləyib.

"Dünya hegemonlarının haqq qarşısında baş əyməkdən başqa yolları qalmayıb", - deyə Əhmədinejad vurğulayıb.

Xəbər lenti

Xəbər lenti