...

"Azadlıq donanması"ndan azad olunmuş müxbir İrana qayıdıb

Dünya xəbərləri Materials 5 İyun 2010 13:45 (UTC +04:00)
"Azadlıq donanması"nın gəmilərindən birində İsrail hərbçiləri tərəfindən həbs olunan və bu günlərdə azadlığa buraxılan Press TV telekanalının müxbiri Həsən Qəni İrana qayıdıb.
"Azadlıq donanması"ndan azad olunmuş müxbir İrana qayıdıb

"Azadlıq donanması"nın gəmilərindən birində İsrail hərbçiləri tərəfindən həbs olunan və bu günlərdə azadlığa buraxılan Press TV telekanalının müxbiri Həsən Qəni İrana qayıdıb. Məlumatı Press TV yayıb.

Qəzza bölgəsində aparılan İsrail hərbi əməliyyatları zamanı 19 nəfər həlak olub, 50-dən çox insan xəsarət alıb. İsraillilər isə 10 nəfərin öldüyünü deyirlər. "Azadlıq donanması" altı gəmidən ibarət olub. Onlar 600 hüquq müdafiəçisi və 10 min ton həcmində humanitar yardımla Qəzza bölgəsinə yola düşüblər. İsrail gəmiləri saxlayacağı və içərisindəki insanları deportasiya edəcəyi ilə hədələməklə Qəzza bölgəsinə yaxınlaşmağı qadağan etmişdi.

Xəbər lenti

Xəbər lenti