...

Avropa İttifaqı və İran Tehranın nüvə proqramına dair danışıqları davam etdirəcəklər

Dünya xəbərləri Materials 16 İyun 2010 11:33 (UTC +04:00)
Avropa İttifaqının beynəlxalq məsələlər üzrə katibi Ketrin Eşton İranın Milli Təhlükəsizlik Komitəsinin baş katibi Səid Cəliliyə Tehranın nüvə proqramı ilə bağlı görüş barədə yazılı sorğu göndərib. Bu barədə Fars informasiya agentliyi məlumat yayıb.
Avropa İttifaqı və İran Tehranın nüvə proqramına dair danışıqları davam etdirəcəklər

Avropa İttifaqının beynəlxalq məsələlər üzrə katibi Ketrin Eşton İranın Milli Təhlükəsizlik Komitəsinin baş katibi Səid Cəliliyə Tehranın nüvə proqramı ilə bağlı görüş barədə yazılı sorğu göndərib. Bu barədə Fars informasiya agentliyi məlumat yayıb.

Məlumatda görüşün yeri və tarixi haqda detallar dəqiqləşdirilmir.

Eştonun Cəlili ilə görüşü barədə danışıqlar bir neçə aydır aparılır. Bir az əvvəl Türkiyə XİN başçısı Əhməd Davudoğlu deyib ki, görüşün Türkiyə ərazisində keçirilməsi planlaşdırılır.

Avropa İttifaqı dəfələrlə İrandan BMT Təhlükəsizlik Şurasının tələblərini yerinə yetirməsini tələb edib.

Xəbər lenti

Xəbər lenti