...

İranda "Cundullah" qruplaşmasının 8 üzvünün məhkəməsi keçirilib

Dünya xəbərləri Materials 23 İyun 2010 19:49 (UTC +04:00)
Çərşənbə günü İranda Tehranın inqilab məhkəməsində "Cundullah" qruplaşmasının 8 üzvünün ilkin məhkəmə iclası keçirilib.
İranda "Cundullah" qruplaşmasının 8 üzvünün məhkəməsi keçirilib

Çərşənbə günü İranda Tehranın inqilab məhkəməsində "Cundullah" qruplaşmasının 8 üzvünün ilkin məhkəmə iclası keçirilib. Məhkəmə zamanı onlara qarşı ittiham irəli sürülüb. Məlumatı ILNA agentliyi yayıb.

Ötən həftənin sonu İranda "Cundullah" terrorçu qruplaşmasının lideri Əbdülməlik Riqi edam edilib. Riqi fevralın 23-də Dubaydan Qırğızıstana uçan təyyarənin göyərtəsində həbs edilmişdi.

"Cundullah" qruplaşması İranın cənub-şərqində fəaliyyət göstərir və İslamın sünni təriqətinə mənsubdur. Hərəkat partlayışlar törədərək hərbçi və polislərin həyatına son qoyub.

Xəbər lenti

Xəbər lenti