...

İran sərhədlərində narkotik maddələrin müsadirəsində 36 faiz artım olub

Dünya xəbərləri Materials 22 İyul 2010 16:14 (UTC +04:00)
Bu ilin ilk dörd ayı ərzində (İranda il martın 21-də dəyişir) İran sərhədlərində narkotik maddələrin müsadirəsində 36 faiz artım olub.
İran sərhədlərində narkotik maddələrin müsadirəsində 36 faiz artım olub

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir T.Cəfərov/

Bu ilin ilk dörd ayı ərzində (İranda il martın 21-də dəyişir) İran sərhədlərində narkotik maddələrin müsadirəsində 36 faiz artım olub. Bunu İran İslam Respublikası Sərhəd Qoşunlarının komandiri, general Hüseyn Zülfüqari deyib. Məlumatı İranın IRINN telekanalının rəsmi saytı yayıb.

Zülfüqari deyib ki, ilin əvvəlindən indiyədək ölkə sərhədlərində 11 ton narkotik maddə müsadirə olunub. "Son həftə ərzində sərhədlərdə 9 narkotik qaçaqmalçısı polis tərəfindən qətlə yetirilib", - Zülfüqari qeyd edib.

General bildirib ki, sərhədlərin möhkəmləndirilməsinə hökumət 40 milyon dollar vəsait ayırıb. "Lakin bu vəsait azdır. Bu sahəyə 200 milyon dollar vəsait ayrılmalıdır", - Zülfüqari deyib.

Xəbər lenti

Xəbər lenti