...

Vyana qrupundan nüvə yanacağının mübadiləsi haqda danışıqlarla bağlı cavab hələ alınmayıb – İranın MAQATE-dəki səfiri

Dünya xəbərləri Materials 31 İyul 2010 16:29 (UTC +04:00)
Vyana qrupu indiyədək İranın nüvə yanacağının mübadiləsi haqda şərtsiz danışıqlara hazır olmasına dair məlumatına cavab verməyib.
Vyana qrupundan nüvə yanacağının mübadiləsi haqda danışıqlarla bağlı cavab hələ alınmayıb – İranın MAQATE-dəki səfiri

Vyana qrupu indiyədək İranın nüvə yanacağının mübadiləsi haqda şərtsiz danışıqlara hazır olmasına dair məlumatına cavab verməyib. Bu barədə İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (MAQATE) səfiri Əli Əsgər Sultaniyə deyib. Press TV xəbər verir.

O əlavə edib ki, İran MAQATE-nin başçısı Yukiya Amano ilə görüşdə özünün danışıqlara hazır olduğunu elan edib.

"İndi biz digər tərəfdən cavab gözləyirik", - Sultaniyə bilidirib.

O qeyd edib ki, danışıqlar Vyana qrupu (Rusiya,ABŞ, Fransa və MAQATE) üçün MAQATE-nin reqlamentinə uyğun irəliyə doğru hərəkətdə öz iradəsini və siyasi qətiyyətini nümayiş etdirmək üçün bir imkan olacaq.

"Sanksiyaların İranın dinc nüvə fəaliyyətinə heç bir aidiyyəti yoxdur və yalnız MAQATE çərçivəsində əməkdaşlığa zərbə vurur", - diplomat deyib.

Sultaniyə əlavə edib ki, danışıqlar Vyana qrupu üçün siyasi ziddiyyətlərdən və sanksiyalardan qaçmaq və "əməkdaşlıq yoluna" qayıtmaq üçün daha bir imkan olacaq.

Xəbər lenti

Xəbər lenti