...

İranda narkotiklərin istifadəsi 0.4 faiz azalıb - İranın polis komandiri

Dünya xəbərləri Materials 2 Avqust 2010 12:11 (UTC +04:00)

BMT-nin narkotiklərlə mübarizə ofisinin məlumatına əsasən, İranda narkotik istifadəsi 1999-cu ildə 2,8 faiz təşkil edirdisə cari ildə bu rəqəm 2,4 faizə qədər azalıb. Bunu Polis Qüvvələrinin baş komandiri İsmail Əhmədi Müqəddəm deyib. Bu barədə MEHR xəbər agentliyi məlumat verir.

Əhmədi Müqəddəm deyib ki, hazırda ölkədə narkomanların 60 faizindən çoxu müalicə olunur və bu, ötən 3 ildə SPİD-ə yoluxma hallarının azalmasına səbəb olub. "Ölkədə narkotiklərlə mübarizə üçün ictimai-mədəni mübarizə layihəsi hazırlanıb və Prezident bu layihəni təsdiqləyib; layihə  bu ildən icra olunacaq", - deyə Əhmədi Müqəddəm bu gün Tehranda keçirilən İƏT ölkələrinin narkotiklərlə mübarizə idarə rəislərinin birinci konfransında çıxışı zamanı deyib.

O deyib ki, İran cari ildə və gələn iki il ərzində narkotiklərlə mübarizə sahəsində işləri gücləndirəcək. "Gələn iki il ərzində Əfqanıstan və Pakistanın İranla sərhədləri tamamilə bağlanacaq və möhkəmləndiriləcək; bundan sonra İrandan tranzit olaraq digər ölkələrə narkotik maddələrin daşınması asan olmayacaq", - deyə Əhmədi Müqəddəm deyib.

O deyib ki, hazırda sərhədlərin möhkəmləndirilməsi və bağlanması prosesi 70 faiz irəliləyib və gələn 2 il ərzində tamamlanacaq.

İranın paytaxtında İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin narkotiklərlə mübarizə üzrə idarə rəhbərlərinin birinci iclası bu gün işə başlayıb. İki gün davam edəcək konfransda Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Əfqanıstan, Pakistan və Türkiyənin narkotiklərlə mübarizə idarələrinin rəhbərləri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti