...

Türkiyənin prezidenti yeni baş qərargah rəisinin namizədliyini təsdiq edib

Dünya xəbərləri Materials 9 Avqust 2010 08:12 (UTC +04:00)
Türkiyənin baş qərargah rəisi vəzifəsinə ordu generalı İşıq Koşaner təyin olunub.
Türkiyənin prezidenti yeni baş qərargah rəisinin namizədliyini təsdiq edib

Azərbaycan, Bakı, 9 avqust /Trend, A.Axundov/

Türkiyənin baş qərargah rəisi vəzifəsinə ordu generalı İşıq Koşaner təyin olunub.

Türkiyə prezidenti Abdullah Gül Müdafiə naziri Vecdi Könül və Baş qərargah rəisi ordu generalı İlker Başbuğla görüş zamanı İşıq Koşanerin namizədliyini təsdiq edib, CNN Türk bazaar ertəsi xəbər verir.

Bundan əlavə, Quru qoşunları komandiri vəzifəsinə ordu generalı Erdal Ceylanoğlu təyin edilib, Jandarma qüvvələri komandirliyinə - ordu generalı Necdet Özel, 1-ci ordu komandirliyinə - general Hayri Kıvrıkoğlu, Egey ordu komandirliyinə - general Nüsrət Taşdeler və s.

Xəbər lenti

Xəbər lenti