...

İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-a xəbərdarlıq edib

Dünya xəbərləri Materials 19 Avqust 2010 18:18 (UTC +04:00)
İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) rəsmi saytında bəyanat yayılıb. Bəyanatda İİKK ABŞ və İsraili xəbərdar edərək bildirib ki, İran, bu iki ölkə İİR-ə hücum edəyəi təqdirdə, adıçəkilən ölkələrə zərbə endirəcək.
İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-a xəbərdarlıq edib

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) rəsmi saytında bəyanat yayılıb. Bəyanatda İİKK ABŞ və İsraili xəbərdar edərək bildirib ki, İran, bu iki ölkə İİR-ə hücum edəyəi təqdirdə, adıçəkilən ölkələrə zərbə endirəcək.

Bəyanatda o da qeyd olunub ki, bütün dünya müsəlmanları birləşərək, ABŞ və İsraildən gələn təhlükənin qarşısını almalıdır.

"ABŞ və İsrail bu müharibədə uduzacaqlar", - məlumatda qeyd edilir.

İran İslam Respublikasının ali lideri Əli Xamneyi çərşənbə günü bəyan edib ki, İİR sanksiyalar ləğv edilməyənədk və ünvanına hərbi təhdidlər dayandırılmayanadək, ABŞ-la milli nüvə proqramı ilə bağlı danışıqlar aparmayacaq.

Xəbər lenti

Xəbər lenti