...

Türkiyə Baş naziri vertolyotun göyərtəsində olarkən səhhəti pisləşib (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 23 Avqust 2010 14:03 (UTC +04:00)
Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın səhhəti pisləşəndən sonra, onu aparan vertolyot Ordu şəhəri yaxınlığında məcburi eniş edib. Bu barədə xəbəri "Yeni Şəfəq" qəzeti yayıb.
Türkiyə Baş naziri vertolyotun göyərtəsində olarkən səhhəti pisləşib (ƏLAVƏ OLUNUB)

RED. Əlavəsi: insidentlə bağlı ətraflı məlumat əlavə olunub

Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın səhhəti pisləşəndən sonra, onu aparan vertolyot Ordu şəhəri yaxınlığında məcburi eniş edib. Bu barədə xəbəri "Yeni Şəfəq" qəzeti yayıb.

Türkiyə Baş nazirinin vertolyotu Samsun şəhərindən Orduya uçub. Hökumət rəhbəri orada xalq qarşısında sentyabrın 12-də keçiriləcək referendumla bağlı nitq söyləməli idi. Ərdoğanın özünü pis hiss etməsinin səbəbi məlum deyil. Türkiyə KİV-in məlumatına görə, Baş nazirin vəziyyəti normallaşıb.

Xəbər lenti

Xəbər lenti