...

Birbaşa Fələstin-İsrail danışıqlarının nəticələri Annapolisdəkindən pis olacaq – İran Parlamentinin spikeri

Dünya xəbərləri Materials 31 Avqust 2010 10:54 (UTC +04:00)
Fələstinlə İsrail arasında ABŞ-ın vasitəçiliyi ilə bərpa edilən birbaşa danışıqların nəticələri Yaxın Şərq münaqişəsinin nizamlanması üzrə Annapolisdə keçirilən sülh konfransının yekunlarından da pis olacaq. İran Parlamentinin spikeri Əli Laricani belə hesab edir.
Birbaşa Fələstin-İsrail danışıqlarının nəticələri Annapolisdəkindən pis olacaq – İran Parlamentinin spikeri

Fələstinlə İsrail arasında ABŞ-ın vasitəçiliyi ilə bərpa edilən birbaşa danışıqların nəticələri Yaxın Şərq münaqişəsinin nizamlanması üzrə Annapolisdə keçirilən sülh konfransının yekunlarından da pis olacaq. İran Parlamentinin spikeri Əli Laricani belə hesab edir.

Yaxın Şərq münaqişəsinin nizamlanması üzrə konfrans 2007-ci ilin noyabrında Amerikanın Annapolis şəhərində keçirilib. Həmin konfransda gələcək Fələstin dövlətinin sərhədləri, işğal olunmuş ərazilərdə qanunsuz tikilən yəhudi məskənlərinin statusu və barışığın yekun statusunu müəyyən edən digər məsələlər müzakirə edilib.
"ABŞ anlamalıdır ki, bu birbaşa danışıqların nəticələri Annapolisdəkindən plis olacaq", - İranın "İRİBB News" telekanalının rəsmi saytı Laricaninin dediklərindən sitat gətirib.
İki il əvvəl dayandırıldıqdan sonra, Fələstinlə İsrail arasında bərpa edilən birbaşa danışıqların ABŞ, İsrail və Fələstin liderlərinin iştirakı ilə sentyabrın 2-də - Vaşinqtonda keçirilməsi planlaşdırılıb.

Danışıqlardan bir gün əvvəl Ağ evdə ABŞ Prezidenti Barak Obamanın misirli həmkarı Hüsni Mübarək, İordaniya Kralı II Abdullah, İsrailin Baş naziri Benyamin Netanyahu və Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasın iştirakı ilə görüşü keçiriləcək.

"Bu danışıqlar boş və mənasızdır. Müsəlman xalqları diplomatiyada uşaq oyunlarına aldanmırlar", - Laricani deyib.
O, Prezident Obamanı 2008-ci ildə Prezident seçkiləri zamanı Fələstin xalqının hüquqlarını müdafiə etmək haqqında verdiyi vədi yerinə yetirməməkdə günahlandırıb.

Danışıqların başlanmasına bir neçə gün qalmış Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas gələcəkdə danışıqların pozula biləcəyi ilə bağlı məsuliyyəti tam şəkildə İsrailin üzərinə qoyub. Abbas bəyan edib ki, Fələstin rəhbərliyinin qərb sahilində və Şərqi Yerusəlimdə İsrailin məskunlaşma siyasətinə münasibəti dəyişilməz qalır.
İsrail hökumət başçısı Netanyahu bu arada bildirib ki, məskənlərin tikilməsinə qoyulan və müddəti sentyabrın 26-da başa çatan moratoriumu uzatmaq fikrində deyil.

Xəbər lenti

Xəbər lenti