...

Mehdi Kərrubinin evi qarşısına toplaşan şəxslərdən 100 nəfəri məhkəməyə cəlb olunub

Dünya xəbərləri Materials 13 Sentyabr 2010 12:26 (UTC +04:00)
Mehdi Kərrubinin evi qarşısında toplaşan şəxslərdən 100 nəfər məhkəməyə cəlb olunub. Bunu Tehran polis komandiri Hüseyn Sacidiniya bu gün deyib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat verir.
Mehdi Kərrubinin evi qarşısına toplaşan şəxslərdən 100 nəfəri məhkəməyə cəlb olunub

Mehdi Kərrubinin evi qarşısında toplaşan şəxslərdən 100 nəfər məhkəməyə cəlb olunub. Bunu Tehran polis komandiri Hüseyn Sacidiniya bu gün deyib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat verir.

Sacidiniya deyib ki, onlar haqqında məhkəmə qərar çıxaracq. "Hələlik bu şəxslərdən heç biri həbs olunmayıb lakin tezliklə polis və digər təhlükəsizlik qüvvələri onları həbs edəcək", - deyə Sacidiniya deyib.

O əlavə edib ki, bu şəxslərin həbsi üçün məhkəmənin qərarını gözlənilir.

Sentyabrın əvvəlində bir qrup şəxs İran müxalifətinin liderlərindən olan Milli Etimad Partiyasının rəhbəri, prezidentliyə sabiq namizəd Mehdi Kərrubinin evi qarşısında toplaşıb. Onlar 5 gün ardıcıl olaraq onun evini mühasirəyə alıb, pəncərələrinin şüşələrini sındırıb, evə gözyaşardıcı qaz atıblar.

Xəbər lenti

Xəbər lenti