...

Gürcüstanda avtomobil qəzasında üç nəfər ölüb

Dünya xəbərləri Materials 14 Sentyabr 2010 20:20 (UTC +04:00)
Bu gün axşam Şorapani kəndi yaxınlığında baş verən avtomobil qəzasında üç nəfər həlak olub.
Gürcüstanda avtomobil qəzasında üç nəfər ölüb

Gürcüstan, Tbilisi, 14 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Bu gün axşam Şorapani kəndi yaxınlığında baş verən avtomobil qəzasında üç nəfər həlak olub. Patrul polisinin məlumatına görə, ilkin olaraq Tbilisi-Senaki-Leselidze yolunda cip və mikroavtobus toqquşub, bundan sonra onlar minik maşınına dəyiblər.

Toqquşma nəticəsində yerindəcə iki nəfər həlak olub, bir qadın aldığı zədələrdən Zestafoni xəstəxanasına aparılarkən yolda ölüb.

Xəstəxanaya yeddi nəfər müxtəlif zədələrlə çatdırılıb. Onlardan beşinin vəziyyəti ağırdır.

İndi onları əməliyyata hazırlayırlar.

Hadisə yerində patrul polisi və kriminalistlər olub. Onlar yol nəqliyyat hadisəsinin səbəblərini müəyyənləşdirirlər.

Xəbər lenti

Xəbər lenti