...

İstanbulda türkdilli ölkələrin xarici işlər nazirlərinin toplantısı olub

Dünya xəbərləri Materials 16 Sentyabr 2010 05:33 (UTC +04:00)
İstanbulda keçirilən Türkdilli ölkələrin dövlət başçılarının X zirvə görüşü çərçivəsində “Çırağan” sarayında Türkdilli ölkələrin xarici işlər nazirlərinin toplantısı olmuşdur.
İstanbulda türkdilli ölkələrin xarici işlər nazirlərinin toplantısı olub

İstanbulda keçirilən Türkdilli ölkələrin dövlət başçılarının X zirvə görüşü çərçivəsində "Çırağan" sarayında Türkdilli ölkələrin xarici işlər nazirlərinin toplantısı olmuşdur. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Toplantıdan əvvəl Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri Elmar MəmmədyarovƏhməd Davudoğlunun görüşü olmuşdur.

Tərəflər Türkdilli ölkələrin dövlət başçılarının X zirvə görüşünün əhəmiyyətini vurğulamış, Naxçıvanda keçirilmiş IX zirvə görüşündən keçən müddətdə görülmüş işləri müsbət qiymətləndirmişlər. İki ölkənin xarici siyasət idarələrinin başçıları Dağlıq Qarabağ probleminin nizama salınması ilə bağlı son vəziyyət, regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparmışlar.

Sonra, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov xarici işlər nazirlərinin toplantısına qatılmışdır. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, Türkmənistan Nazirlər Kabineti sədrinin beynəlxalq əlaqələr üzrə müavini və xarici işlər naziri Rəşid Meredov, Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev və Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev toplantıda iştirak etmişlər.

Toplantını giriş sözü ilə açan Əhməd Davudoğlu demişdir ki, xarici siyasət idarələrinin başçıları İstanbulda tarixi bir Zirvə görüşündə iştirak edirlər. Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının Baş Katibliyi yaradılır və bu qurum təhsil, mədəniyyət və sosial sahələrdə mühüm proqramlar həyata keçirəcəkdir. Qarşıdakı illərdə türkdilli ölkələr dünyada öz güclərini daha da artıracaqlar və Türkiyə qardaş ölkələrə bütün platformalarda yardım etməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti