...

Nyu-York BMT sammitlərinin keçirilməsi üçün təhlükəli yerə çevrilib – İran Prezidentinin müşaviri

Dünya xəbərləri Materials 27 Sentyabr 2010 13:33 (UTC +04:00)
Nyu-Yorkda intensiv şəkildə həyata keçirilən təhlükəsizlik tədbirləri faktik olaraq şəhəri təhlükəli yerə çevirib. Bu barədə IRIB televiziyasına müsahibəsində İran mətbuatının işləri üzrə Prezidentin müşaviri Əli Əkbər Cavanfikr bildirib, - xəbəri "Press-TV" yayıb.
Nyu-York BMT sammitlərinin keçirilməsi üçün təhlükəli yerə çevrilib – İran Prezidentinin müşaviri

Nyu-Yorkda intensiv şəkildə həyata keçirilən təhlükəsizlik tədbirləri faktik olaraq şəhəri təhlükəli yerə çevirib. Bu barədə IRIB televiziyasına müsahibəsində İran mətbuatının işləri üzrə Prezidentin müşaviri Əli Əkbər Cavanfikr bildirib, - xəbəri "Press-TV" yayıb.

O, BMT sammiti zamanı ABŞ təhlükəsizlik qüvvələrinin fəaliyyətini "alçaldıcı davranış"a görə tənqid edib. O, əlavə edərək bildirib ki, "təhlükəsizlik qüvvələrinin Nyu-Yorkda yaratdıqları atmosfer müxtəlif ölkələrin nümayəndələrinə BMT sammiti zamanı asan və sərbəst şəkildə ünsiyyət qurmağa imkan verməyib".

Xəbər lenti

Xəbər lenti