...

İsveçrə Türkiyə-Ermənistan protokolları məsələsini müzakirə edib

Dünya xəbərləri Materials 2 Oktyabr 2010 10:48 (UTC +04:00)
Türkiyə-Ermənistan münasibətlərində vasitəçilik missiyasını öz üzərinə götürən İsveçrə hər iki ölkə ilə telefon danışığı aparıb.
İsveçrə Türkiyə-Ermənistan protokolları məsələsini müzakirə edib

Türkiyə-Ermənistan münasibətlərində vasitəçilik missiyasını öz üzərinə götürən İsveçrə hər iki ölkə ilə telefon danışığı aparıb. Məlumatı "Hürriyyət" qəzeti yayıb.

Danışıqların məqsədi ötən ilin oktyabrında İsveçrənin Sürix şəhərində imzalanmış Ankara və Yerevan arasında diplomatik münasibətlərin qurulması haqqında dondurulmuş protokollarla əlaqədar vəziyyətin müzakirəsi olub.

2009-cu il oktyabrın 10-da Sürixdə Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd DavudoğluEdvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin yaxşılaşdırılmasına dair protokollar imzalanıb. Aprelin 22-də Ermənistan Prezidenti Serj Sarkisyan xalqa müraciətində protokolların ratifikasiyasının dondurulduğunu bildirib.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin, Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

Xəbər lenti

Xəbər lenti