...

İran xarici işlər naziri Belçikaya səfər edib

Dünya xəbərləri Materials 15 Oktyabr 2010 11:26 (UTC +04:00)
İran xarici işlər naziri Mənuçöhr Möttəki bu gün səhər Belçikaya səfər edib. Möttəki "Pakistanın dostları" iclasında iştirak edəcək. Bu barədə İranın İRİNN xəbər kanalının rəsmi saytı məlumat verir.
İran xarici işlər naziri Belçikaya səfər edib

İran xarici işlər naziri Mənuçöhr Möttəki bu gün səhər Belçikaya səfər edib. Möttəki "Pakistanın dostları" iclasında iştirak edəcək. Bu barədə İranın İRİNN xəbər kanalının rəsmi saytı məlumat verir.

Pakistanda təbii fəlakətdən ziyan çəkmiş regionların yenidən qurulması və beynəlxalq ictimaiyyətin yenidənqurma prosesində rolu məsələlərinin müzakirəsi məqsədi ilə "Pakistanın dostlrarı" iclası Brüsseldə təşkil olunub.

Bu iclasda 26 ölkə və beynəlxalq qurum iştirak edəcək. "Pakistanın dostları" qurumuna İran, Avstraliya, ABŞ, Böyük Britaniya, Kanada, Belçika, Misir, Fransa, Almaniya, İtaliya, Norveç, Səudiyyə Ərəbistanı, İspaniya, Çin, Cənubi Koreya, Yaponiya, İsveç, Hollandiya, Türkiyə, BƏƏ, Dünya Bankı, Asiya İnkişaf Bankı və islam inkişaf bankları üzvdür.

Xəbər lenti

Xəbər lenti