...

İranın İsfahan şəhərində bir nəfər edam olunub

Dünya xəbərləri Materials 5 Noyabr 2010 13:26 (UTC +04:00)
İsfahan əyalətinin prokuroru Məhəmmədrza Həbibi bildirib ki, İsfahan mərkəzi həbsxanasında zorlamada təqsirləndirilən kişi edam olunub. Bu barədə İranın FARS xəbər agentliyi məlumat verib.
İranın İsfahan şəhərində bir nəfər edam olunub

İsfahan əyalətinin prokuroru Məhəmmədrza Həbibi bildirib ki, İsfahan mərkəzi həbsxanasında zorlamada təqsirləndirilən kişi edam olunub. Bu barədə İranın FARS xəbər agentliyi məlumat verib.

Həbibi əlavə edib ki, həmin şəxs digər iki nəfərlə əlbir olaraq 2009-cu ildə zorlama, oğurluq, adam oğurluğu ittihamı ilə həbs olunub. Onlar törətdikləri cinayətləri etiraf ediblər. Həbs olunan üç nəfərdən biri edam, digər ikisi isə 18 il azadlıqdan məhrum edilib.

O, edam olunanların adlarını açıqlamayıb.

Xəbər lenti

Xəbər lenti