...

İran və Qətər münasibətlərində yeni səhifə açılır – İİR mədəniyyət naziri

Dünya xəbərləri Materials 5 Noyabr 2010 19:18 (UTC +04:00)
Qətərdə keçirilən İran İslam Respublikasının incəsənət və mədəniyyət nailiyyətləri sərgisi ikitərəfli əlaqələrin gələcək inkişafına yardım edəcək. Bu barədə Dohada keçirilən sərginin kuluarlarında İranın mədəniyyət naziri Məhəmməd Hüseyni bildirib. Məlumatı IRNA agentliyinə istinadən Press TV yayıb.
İran və Qətər münasibətlərində yeni səhifə açılır – İİR mədəniyyət naziri

Qətərdə keçirilən İran İslam Respublikasının incəsənət və mədəniyyət nailiyyətləri sərgisi ikitərəfli əlaqələrin gələcək inkişafına yardım edəcək. Bu barədə Dohada keçirilən sərginin kuluarlarında İranın mədəniyyət naziri Məhəmməd Hüseyni bildirib. Məlumatı IRNA agentliyinə istinadən Press TV yayıb.

"İran Prezidentinin [Mahmud Əhmədinejad] Dohaya və Qətər Əmirinin [Şeyx Həməd bin Xəlifə Al Tani] Tehrana tez-tez etdikləri dövlət səfərləri iki ölkə arasında dostluq əlaqələrini sübut edir", - Hüseyni bildirib.

O, həmçinin Qətərlə əlaqələrin möhkəmləndirilməsinə çağırıb.

Öz növbəsində, Qətərin mədəniyyət naziri ölkələr arasında münasibətlərin inkişafını alqışlayıb və Fars körfəzi ölkələrinin İslam Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsinə hazır olduqlarını qeyd edib.

İranlı rəssam və sənətkarların əsərlərinin kolleksiyası noyabrın 4-də Qətər paytaxtında açılan İran xalq sənəti sərgisində təqdim olunub.

Sərgidə 100-ə yaxın əsər nümayiş olunur, onların arasında 24 görkəmli İran rəssamı və xəttatının əsərləri var. Eksponatlar arasında xəttatlıq nümunələri, saxsı, misdən hazırlanmış məmulatlar, eləcə də miniatürlər var. Bundan başqa, sərgidə bir neçə əsr bundan əvvəl hazırlanmış kişi və qadın geyimləri də nümayiş olunur.

Xəbər lenti

Xəbər lenti