...

Tehran reaktoru gələn il yanacaqla təmin olunacaq – Nüvə Enerjisi Təşkilatının rəhbəri

Dünya xəbərləri Materials 23 Noyabr 2010 12:39 (UTC +04:00)

RED. əlav.: son üç kontekst əlavə olunub

Gələn ilin sentyabrında Tehran Tədqiqat Reaktoru yanacaqla təmin olunacaq. Bu barədə İranın Nüvə Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib. Xəbəri IRNA agentliyi yayıb.

"Biz "virtual" 20 faizlik nüvə yanacağı istehsal etmişik. Gələn ilin sentyabrında əsas yanacağı istehsal və laboratoriya ilə təmin edəcəyik", - o, deyib.

Tehran Tədqiqat Reaktoru ötən yüzilliyin 60-cı illərində ABŞ-ın yardımı ilə tikilib.Onun əsas funksiyası dərman istehsalıdır. Sonuncu dəfə İran bu reaktoru yanacaqla təmin etmək üçün 1993-cü ildə Argentinadan 19,75 faizədək zənginləşdirilmiş uran almışdı və həmin yanacağa və reaktorun yenidən qurulmasına görə 50 milyon dollar vəsait ödəmişdi.

Çox güman ki, Argentinadan alınan yanacaq ehtiyatları gələn ilədək tükənəcək.

Ötən il oktyabrın sonlarında Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İrandan Tehrandakı nüvə laboratoriyası reaktorunun yanacaqla təmin edilməsi üçün Rusiyaya 1 200 kq 3,5 faizlik zənginləşdirilmiş uran verməklə, 20 faizlik zənginləşdirilmiş uran təhvil almasını tələb edib. İran isə yalnız ölkə ərazisində sinxron mübadiləyə razılıq verdiyini bəyan edib.

BAEA-nın təşəbbüsü ilə İrana satış üçün planlaşdırılan xarici nüvə yanacağı üçün material kimi İranın Nətənzdəki müəssisələrdə hazırlanan 1,2 ton həcmində AZU materialından istifadə olunmalıdır. Bu, İranın malik olduğu bütün ehtiyatların 80 faizini (ekspertlərin hesablamalarına görə 1500 kq) təşkil edir. BAEA-nın may ayındakı hesabatında qeyd olunub ki, İran 4,8 faizədək zənginləşdirilmiş 2427 kq uran toplayıb. Son hesabatda bu rəqəm 2800 kq həcmində göstərilib.

Mayın 17-də isə Brazilyanın iştirakı ilə İran və Türkiyə 1 200 kq zəif zənginləşdirilmiş uranın Türkiyə ərazisində 20 faizlik yanacaqla mübadiləsi barədə bəyannamə imzalayıblar. İranın zəif zənginləşdirilmiş uranı Tehranla BAEA arasında müvafiq sazişin imzalanmasından sonra bir ay müddətində Türkiyəyə göndərilə bilər.

Xəbər lenti

Xəbər lenti