...

Tehranda havanın çirklilik dərəcəsini aşağı salmaq məqsədi ilə təyyarələrlə su səpilir

Dünya xəbərləri Materials 7 Dekabr 2010 15:02 (UTC +04:00)
Bu gündən Tehranda havanın çirklilik dərəcəsini aşağı salmaq məqsədi ilə şəhərə təyyarələrlə su səpiləcək. Bu sözləri Tehran əyaləti Ekologiya idarəsinin rəisi Rəsul Əli Əşrəfipur deyib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat verir.
Tehranda havanın çirklilik dərəcəsini aşağı salmaq məqsədi ilə təyyarələrlə su səpilir

Bu gündən Tehranda havanın çirklilik dərəcəsini aşağı salmaq məqsədi ilə şəhərə təyyarələrlə su səpiləcək. Bu sözləri Tehran əyaləti Ekologiya idarəsinin rəisi Rəsul Əli Əşrəfipur deyib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat verir.

Əşrəfipur deyib ki, bu məqsədlə bu gün 5 təyyarə şəhərin müxtəlif hissələrinə su səpəcək. Hər bir təyyarə 2 min litr suyu süni yağış şəklində şəhərə səpəcək.

O, əlavə edib ki, sabah daha 5 təyyarə şəhərin müxtəlif hissələrinə su səpəcək. "Hər bir təyyarə 8 dəfə şəhərin üzərinə su səpəcək. Bu proses havanın çirklilik dərəcəsinin azalmasına təsir göstərəcək", - Əşrəfipur bildirib.

İranın paytaxtı Tehran şəhərində, Rey və Şimiranatda noyabrın 24-də və dekabrın 1-2-də havanın həddən artıq çirkli olması ilə əlaqədar bütün idarə, təşkilat və məktəblərdə tətil olub. Çirkli hava şəraiti iki həftədən artıqdır ki, davam edir.

"NYC Partnershir Consulting" beynəlxalq reytinq şirkəti cari ilin əvvəlində planetin ən çirkli şəhərlərinin siyahısını açıqlayıb. Şirkətin mütəxəssisləri dünyanın 245 iri şəhər və paytaxtını müqayisə edərək ən çirkli 30 şəhərin siyahısını hazırlayıb. Bu zaman havanın çirklənməsinin səviyyəsi, içməli suyun yararlılıq dərəcəsi, tullantıların istifadə və emal olunmasının dərəcəsi, tibbi xidmətin və avadanlığın səviyyəsi, infeksion xəstəliklərin mövcudluğu faktorları nəzərə alınıb. Siyahıda Tehran 29-cu yerdədir.

Xəbər lenti

Xəbər lenti