...

İran parlamentinin sabiq nümayəndəsi həbs olunub

Dünya xəbərləri Materials 9 Dekabr 2010 18:10 (UTC +04:00)
İran parlamentinin sabiq nümayəndəsi və İslami Müşarikət Cəbhəsinin üzvü Əli Şükurirad həbs olunub.
İran parlamentinin sabiq nümayəndəsi həbs olunub

İran parlamentinin sabiq nümayəndəsi və İslami Müşarikət Cəbhəsinin üzvü Əli Şükurirad həbs olunub. Məliumatı MEHR xəbər agentliyi yayıb.

Məlumatda bildirilir ki, Tehran prokurorluğu bəyanat yayaraq Şükuriradın həbs olduğunu elan edib. Şükurirad İran İslam Respublikasına qarşı əks-təbliğat aparmaqda və İranın məhkəmə sisteminin rəhbəri ayətullah Sadiq Laricani haqqında yalan məlumatlar dərc etməkdə ittiham olunur.

"İran qanunlarına əsasən, İslam Respublikasına qarşı əks-təbliğat aparmaq cinayət sayılır. Adıçəkilən şəxsin cinayət törətdiyi sübuta yetirilib, məhkəmə qərarı çıxarılıb və həbsxanaya göndərilib", - prokurorluğun bəyanatında deyilir.

Xəbər lenti

Xəbər lenti