Amerika Geoloji Araşdırma Mərkəzi zəlzələnin mərkəzi əsasən Zahedan şəhərinin 214 kilometr cənub-qərbində olduğunu bildirdi. Zəlzələ yerin 12 kilometr altında baş verdiyi deyilir. İran dövlət televiziyası isə zəlzələnin gücü Rixter cədvəli ilə 6,5 bal olduğunu bildirir.
Dövlət televiziyasının xəbərində, yerli vaxtla 22.12 'də meydana gələn zəlzələnin mərkəzi ölkənin cənub-şərqindəki Hüseyinabad şəhəri olduğu bildirildi.
Televiziya, zəlzələdə ölən, ya da yaralanan olub olmadığına dair məlumat olmadığını qeyd etdi.
Zəlzələ bölgəsinin, 2003-ci ildə təxminən 30 min adamın öldüyü zəlzələnin baş verdiyi tarixi şəhər Bəmə yaxın olduğu bildirilir, məlumatı CNN Türk yaydı.