Münhen İnzibati Məhkəməsi cümə axşamı Türkiyə vətəndaşlarına Almaniyaya vizasız xüsusilə turist səfərləri məqsədilə gəlmələrinə icazə verən qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə CNN Türk kanalı xəbər verib.
Bundan başqa, Türkiyə vətəndaşları Almaniya ərazisində üç ay yaşayış hüququ olmadan qala bilərlər.