...

İranın iqtisadiyyat və maliyyə naziri Hindistanda səfərdədir

Dünya xəbərləri Materials 24 Fevral 2011 12:34 (UTC +04:00)
İranın iqtisadiyyat və maliyyə naziri Seyyid Şəmsəddin Hüseyni fevralın 24-də Hindistana rəsmi səfər edib. Bu barədə Trend İranın /mojnews.com/ saytına istinadən məlumat verir.
İranın iqtisadiyyat və maliyyə naziri Hindistanda səfərdədir

İranın iqtisadiyyat və maliyyə naziri Seyyid Şəmsəddin Hüseyni fevralın 24-də Hindistana rəsmi səfər edib. Bu barədə Trend İranın /mojnews.com/ saytına istinadən məlumat verir.

Hüseyni səfər zamanı martın 28-29-da İranda keçiriləcək Novruz bayramı şənliklərində iştirak etməsi üçün Hindistanın Baş naziri Man Muhan Singə İran Prezidenti Mahmud Əhmədinejadın dəvət məktubunu çatdıracaq.

Hüseyni səfər zamanı Hindistanın baş naziri, xarici işlər naziri və iqtisadiyyat naziri ilə görüşlər keçirəcək. Səfərdə iki ölkə arasında itqtisadi əməkdaşlığı genişləndirmək üçün müştərək komissiyanın təşkili məsələsi də müzakirə olunacaq.

İran və Hindistan arasında ticarət dövriyyəsinin həcmi 14 milyard dollar təşkil edir. Son vaxtlarda Hindistanın Mərkəzi Bankı İran xam neftinin idxalına görə ödəmələri həyata keçirməyəcəyini bəyan etmişdi və bu məsələ iki ölkə arasında neft alış-verişində problemlər yaratmışdı. İran bundan əvvəl "Asia Clearing Unit" vasitəsilə Hindistana satdığı neftin pulunu təhvil alırdı.

Hindistan İrandan sutka ərzində 426 min barel neft alır. İran Hindistana satdığı neftin pulunu hansı mexanizmlə alacağının aydınlaşmadığını və son bir ayda Hindistandan neft satışından yaranan 1 milyard dollar borcunu ala bilmədiyini bildirir.

Xəbər lenti

Xəbər lenti