...

Pakistanın dini azlıqların işləri üzrə naziri İslamabadda güllələnib

Dünya xəbərləri Materials 2 Mart 2011 11:29 (UTC +04:00)
Pakistanın dini azlıqların işləri üzrə naziri İslamabadda güllələnib
Pakistanın dini azlıqların işləri üzrə naziri İslamabadda güllələnib

Pakistanın dini azlıqların işləri üzrə naziri Şahbaz Bhatti çərşənbə günü ölkənin paytaxtı İslamabadda qətlə yetirilib. Trend-in məlumatına görə, bu barədə "DawnNews" telekanalı siyasi mənbələrə istinadən məlumat verib.

KİV-in məlumatına görə, iki cinayətkar İslamabad küçələrindən biri ilə hərəkət etdiyi zaman Bhattinin avtomobilinə atəş açıb. Telekanal bildirib ki, nazir təcili olaraq xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər, "RİA Novosti" xəbər verir.

Nazirə hücum edənlərin şəxsiyyəti hələ məlum deyil.
Yanvarda İslamabadda Pəncabın qubernatoru Salman Tasir bənzər şəraitdə güllələnmişdi.

Xəbər lenti

Xəbər lenti