Hərbi təyyarə şənbə günü Cəmahiriyyə lideri Müəmmər Qəddafinin əleyhdarlarının əsas bazası olan Liviyanın Benqazi şəhəri üzərində vurulub. Trend-in məlumatına görə, bu barədə Frans-Press agentliyi məlumat verib.
Agentliyin xəbərinə görə, təyyarə məhv olub. Məlumatı "RİA Novosti" yazıb.
Cümə günü Liviya hakimiyyəti BMT-nin məhdudlaşdırıcı qətnamə qəbul etməsilə bağlı üsyançılara qarşı bütün hərbi əməliyyatların dayandırıldığını elan edib.